Rafael Dadaşovun vəziyyəti pisləşdi - reanimasiyadadır






Xalq artisti Rafael Dadaşovun vəziyyəti ağırlaşıb.
 "Ölkə.Az"xəbər verir ki, bu haqda aktyorun əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:

"Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır".

Qeyd edək ki, Rafal Dadaşov 1946-cı ildə Bakıda anadan olub.