Azərbaycanda bu siqaretlər UCUZLAŞDI




Dünən paytaxt marketlərində yaranan siqaret qıtlığının səbəbi məlum oldu.

Belə ki, bu gündən etibarən bir neçə bahalı siqaret markalarının qiymətində dəyişiklik olub.
Sherg.az -ın xəbərinə görə, pressclub.az -ın əməkdaşı marketlərdə müşahidə aparıb ki, "Kent", "Winston" "Sobranie" kimi siqaretlərin qiyməti 20 qəpik ucuzlaşıb.

Əvvəl qutusu 2.70 AZN olan "Kent" 2.50 AZN-ə, 2.50 AZN olan "Winston" 2.30 AZN-ə, 3.00 AZN olan "Sobranie" isə 2.80 AZN-ə enib.