Bədənini qurdlar basdı

Kimsəsiz qadına xəstəxana sahib çıxdı



Sivasda tək yaşayan və baxımsızlıqdan bədənində qurdlanma gedən 35 yaşlı Nuriyyə xəstəxana sahib çıxdı.

Sivasda tək yaşayan və baxımsızlıqdan bədənində qurdlanma gedən 35 yaşlı Nuriyyə xəstəxana sahib çıxdı. Qardaşlar məhəlləsindəki birmərtəbəli evdə tək yaşayan və kimsəsi olmayan Nuriyyənin evindən pis qoxular gəlməsi səbəbindən qonşuları 25 gün əvvəl vəziyyəti sağlamlıq qruplarına bildirdi.

Evə gələn sağlamlıq qrupları tək yaşayan Nuriyyənin baxımsızlıq səbəbiylə bədəni qurdlanmış halda gördülər. Bundan sonra təcili yardımla xəstəxanaya aparılan Nuriyyə burada müalicə altına alındı. Başqa bir xəstəyə baxmaq üçün təcili xidmətə gələn Respublika Universiteti Tibb Fakültəsi Xəstəxanası Yanıq şöbəsinin Prof. Dr. Mustafa Turan isə ağır qoxu səbəbiylə kimsənin yanına yaxınlaşa bilmədiyi Nuriyyə sahib çıxaraq öz xidmətinə yatırtdı. Nuriyyənin müalicəsinə burada başlandı. Prof. Dr. Mustafa Turan, başqa xəstələri müayinə üçün bu xəstəxanaya getdiyində Nuriyyə ilə qarşılaşdığını ifadə edərək, belə dedi:

"Çox yeri çürümək üzrə olan ağır qoxu çıxaran və bədənində bəzən qurdlanmalar olan bir hadisə ilə qarşılaşdıq. Təxminən 2 saat boyunca o qurdlar, ölü və çürümək üzrə olan toxular ilə mübarizə etdik. İlk gəldiyi gün xəstə ilə dialoq qura bilmirdik. Xəstəmiz böyük ehtimalla köhnə bir yanıq səbəbiylə bu hala gəlmişdi. Dərhal qrup olaraq sıx müalicəyə başladıq. 10 gün boyunca xəstə ilə şifahi bir dialoq qura bilmədik. Daha sonra müalicələrə yavaş-yavaş reaksiya verməyə başladı. 10-cu günün sonunda ağızdan qidalanma başladı. Hazırda 25-çi gündəyik. Xəstəmiz inkişaf etməyə başladı. Sol qolunda bir az yarası var. Oranı da digər tərəflərdən götürəcəyimiz dəri parçaları ilə bağlayacağıq. Xəstəmizi təkrar həyata qazandıracağıq.”

Bədənindəki yaralar səbəbiylə böyük ağrılar çəkən talehsiz qadının bütün ehtiyacları xidmətdə olan həkim və tibb bacıları tərəfindən qarşılanır. Tibb bacıları Nuriyyənin yeməyini öz əlləri ilə yedirir. Kimsəsi olmadığı üçün təbii ehtiyaclarını qarşılaya bilməyən Nuriyəyə xəstəxana qrupu baxır.