Erməni mətbuatı Seymur Baycanın romanını reklam edir




Erməni saytında azərbaycanlı gənc yazar Seymur Baycanın "Quqark” romanını reklam edilir.
"Qafqazinfo” xəbər verir ki, banner Ermənistanın "epress.am” saytının əsas səhifəsində yerləşdirilib. Daha sonrakı linkdə isə əsərin erməni dilinə tərcümə edilmiş variantı yerləşdirilib.

Qeyd edək ki, adıçəkilən saytın "Azad jurnalistlər şəbəkəsi” bölümündə dəfələrlə gənc yazarlar Günel Mövlud, Seymur Baycanın müsahibələri dərc olunub.