Rauf Mirqədirov bəyanat yaydı




Həbsdə olan jurnalist Rauf Mirqədirov bəyanat yayıb.
Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, bəyanatda R.Mirqədirov Türkiyədə vəkil xidmətlərindən istifadə hüququndan məhrum edilməsi barədə olan qərarın Avropa Şurasının coğrafi məkanında görünməmiş hadisə olduğunu qeyd edib: "Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədaqətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilib. Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.
Qeyd edək ki, müstəntiq İbrahim Ləmbəranski R.Mirqədirova Türkiyədə pozulmuş hüquqlarını müdafiə etmək üçün vəkil tutulmasına etibarnamə verilməsinə icazə verməyib. Müstəntiqin bununla bağlı hazırladığı qərardan R.Mirqədirovun vəkilləri məhkəməyə şikayət ediblər. Nəsimi Rayon Məhkəməsi onların şikayətini təmin etməyib. Məhkəmə iclasda R.Mirqədirovun iştirakını təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.