NATO Qara dənizdə gəmilərinin sayını artırır





NATO-nun iki kəşfiyyat gəmisi yaxın günlərdə Qara dənizə daxil olacaq.
AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahı yayıb.
Qərargahdan bildirilib ki, İtaliyanın kəşfiyyat gəmisi "Elettra” və Fransa gəmisi "Dyupyui-de-Lom” adlanan gəmilər Qara dənizdə Rusiya hərbi birləşmələrinin radioelektron kəşfiyyatını həyata keçirtməkdir.

Əgər həmin gəmilər də bu su hövzəsinə daxil olarsa, ümumilikdə NATO_ya məxsus gəmilərin sayı 4-ə çata bilər. Çünki hazırda Fransa freqatı "Syurkuf” və ABŞ-a məxsus raket kreyseri "Bella Qalf”da Qara dənizdə lövbər salıb.

Rusiya tərəfi isə iddia edib ki, "Montryo Konvensiyası”na əsasən hərbi gəmilər Qara dənizdə 21 gündən artıq qala bilməz.
Beləliklə, "Bella Qalf” dəniz hövzəsini 13 iyun, "Syurkuf” isə 18 iyuna qədər tərk etməlidir.