Günay Musayevanın əri tərk etdi: “Qayıt gəl, ürəyi gözəl insan”





Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, məşhur aktyor Tolga Karel "Survivor" yarışmasını tərk edib. Aktual.az-ın məlumatına görə, az səs toplayan Karel adadan ayrılmağa məcbur qalıb.
Bu hadisə Günay Musayevanı sevindirib. O, düşüncəsini sosial şəbəkədə paylaşıb: "Artıq gəl, oğlun sənin üçün çox darıxıb. Çox yoruldun, səni tanıyıram, bu qədər dözməyin möcüzədir. O gün söz verdin ki, tezliklə gələcəm. Bu qədər bəsdir, artıq qayıt, ürəyi gözəl insan".