Prezident yaxınlarına vəzifə verməyə başladı





Pyotr Poroşenko Ukrayna prezident administrasiyasının rəhbəri vəzifəsinə öz biznes tərəfdaşı Boris Lojkini təyin edib. Aktul.az-ın Ukrayna mediasından aldığı xəbərə görə, bu barədə prezidentin rəsmi saytında məlumat verilib. Boris Lojkin Xarkov şəhərində anadan olub, 43 yaşı var.
Ukrayna Media Holdinqinin əsasını qoyub. 2010-cu ildə yerli "Forbes" jurnalının naşiri olub. 2013-cü ildə Lojkin və tərəfdaşları holdinqi Sergey Kurçenkoya satıblar.
2013-cü ildə "Fokus” jurnalı Boris Lojkini Ukraynanın 200 ən varlı adamı sırasında 101-ci yerdə təqdim edib. Onun sərvəti 126,4 milyon dollara bərabərdir. Poroşenko ilə Lojkin media bazarında tərəfdaş olublar.
Xatırladaq ki, Poroşenko "5 kanal”-ın yaradıcısı, eləcə də bir neçə mediaşirkətin və nəşrin sahibidir.