Goranboyda qəbirlər dağıdılıb

Rayon polisi qəbirləri dağıdan Ramin Həmidovu saxlayıb

Goranboy rayonunun Səfikürd kəndində qabristanlıqda başdaşıları qırılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə kənd sakini Azər Ələkbərov polisə şikayət edib. Azər Ələkbərov şikayətində bildirib ki, gecə kəndin ərazisində yerləşən qabristanlıqda mərhum nənəsi Nuriyyə Ələkbərovanın da baş daşı naməlum şəxs tərəfindən qırılıb.

Şikayət əsasında araşdırma başlanıb. Araşdırmalar zamanı Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirləri dağıdan Ramin Həmidov saxlanılıb. Onun nə səbəbdən belə iş tutmasının səbəbləri araşdırılır.