Oğul anasını öldürdü

Tovuzda dəhşətli ailə faciəsi yaşanıb

Azərbaycanda dəhşətli cinayət hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuzda oğlun əli anasının qanına bulaşıb. Qətl hadisəsi iyulun 8-də qeydə alınıb. Tovuz rayonu ərazisində Əli Vəliyev yaşadığı evdə münaqişə zəminində anası Tamella Quliyevanı bıçaqla qətlə yetirib. Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Vəliyev tutulub.