Mədəsindən heroin çıxdı

Bakıdan Rusiyaya narkotika aparan tutulub

Azərbaycanlı şəxs Bakıdan Rusiyaya mədəsində heroin aparıb. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs ötən ilin dekabr ayının sonunda Azərbaycanda narkotik maddə əldə edib. Azərbaycanlı şəxs 159 bağlamada olan 500 qramlıq heroni udub. Sözügedən şəxs Bakıdan Moskvanın Domodedova aeroportuna, sonra isə Vladivostoka uçub. Oradan isə Naxodkinski şəhərinə gələn şəxs burada polislər tərəfindən saxlanılıb. Təhlükəsizklik əməkdaşları onun üzərindən qadağan edilmiş narkotik maddələr aşkar edərək götürüblər.

Naxodkinski şəhər məhkəməsi narkotik qaçaqmalçılığında ittiham olunan Azərbaycan vətəndaşının işinə baxacaq. Naxodkinski prokuroru şəxsin cinayət işi üzrə ittihamnaməni təsdiq edib. Saxlanılan azərbaycanlı narkotik vasitənin daşınması, həmçinin böyük ölçüdə narkotik vasitələri gömrük sərhədi vasitəsilə keçirtməsi ilə ittiham edilir.