“Şükür ki, indi yaxşıyam”

Rəis Rəsulzadə dünən əməliyyat olunub




Rəis Rəsulzadə dünən Almaniyadakı "Şarite” hospitalında əməliyyat olunub. Bu barədə Modern.az-a onun özü məlumat verib. Çətinliklə danışan R.Rəsulzadə əməliyyat olunduğunu və əməliyyat prosesinin çətin keçdiyini bildirib: "Şükür ki, indi yaxşıyam. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi xəstəliyinin nə olduğu barədə isə mətbautda məlumatın qabardılmasını istəmədi: "Düşünürəm ki, xəstəliyin qabardılması etik normlara uyğun deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib. Rəis Azər oğlu Rəsulzadə Azərbaycan Rəssamlar Federasiyasının üzvü, əməkdar rəssamdır. R.Rəsulzadə, həmçinin, ictimai fəaliyyətlə məşğuldur və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.