Kılıçdaroğlu siyasətdən kənara atılıb

O, nə qədər tez getsə, bir o qədər partiya və özü üçün faydalı olar



Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası yeni lider seçmək üçün növbədənkənar qurultay keçirəcək. Qurultay yaxın 45 gün ərzində təşkil ediləcək. Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

24 iyunda keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırırlar. Narazılar Kılıçdaroğlundan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncənin xeyrinə vəzifəsini tərk etməyi tələb edirlər. Ancaq hələlik 625 səs toplanmadığı üçün proses qeyri-müəyyən olaraq qalmaqdadır.

CHP daxilindəki prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Cümhuriyyət Xalq Partiyası son 13 seçkidən məğlub çıxıb. Bu baxımdan, partiya ya özünü buraxmalı, ya da sədr dəyişikliyinə getməlidir: 

"Bu gün Məhərrəm İncə ilə Kamal Kılıçdaroğlu arasında sədrlik savaşı gedir. İncənin 30 faiz səs toplaması Kılıçdaroğlu üçün böyük təhlükə yaradıb. Partiya üzvlərinin əksəriyyəti də İncəni dəstəkləyir. Bu mənada, Kılıçdaroğlunun hansı qərarı verəcəyi ciddi maraq doğurur. O, üzüsulu istefa versə, siyasəti daha hörmətlə tərk edər. İstənilən halda, artıq Kılıcdaroğlu siyasətdən kənara atılıb. Nə qədər tez getsə, bir o qədər partiya və özü üçün faydalı olar”.

İsmayıl