Ağstafada faciə: ildırım vurub öldürdü




Ağstafa sakinini ildırım vurub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kənd sakini, 1964-cü il təvəllüdlü Yusubov Yusif Səfər oğlunu ildırım vurub və o, hadisə yerində ölüb.

Ağstafa rayon Prokurorluğundan APA–ya bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.