Bir gündə 108 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb





Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il avqust ayının 6-dən 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. 

"Sherg.az" xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 24-ü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.  Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 19 nəfər xəsarət alıb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Ayyət