55 il sonra tapıldılar

Meksikanın ən yüksək zirvəsində iki cəsəd təsadüfən  ortaya çıxdı. 5.610 metr yüksəkliyindəki Piko de Orizabanın zirvəsində aşkarlanan  cəsədlərin  55 il əvvəl ortadan itən iki alpinistə aid olduğu güman  edilir. Zirvəyə çıxan alpinistlər buzun üstündə donmuş bir cəsəd başı görüncə səlahiyyətlilərə xəbər verdi. Hadisə yerinə gələn qruplar ətrafda apardıqları  axtarışlarda ikinci bir cəsədə də rast gəldi. Cəsətlərin aktiv bir vulkan olan Piko de Orizaba dağının 1.000 metr yüksək seqmentində olduğu ifadə olundu. Bundan 55 il əvvəl dağa çıxan 3 Meksikalıdan bir daha xəbər alına bilməmişdi. Bölgədə yaşanan  böyük bir uçqundan sonra bu 3 adam yoxa çıxmışdı...
Səlahiyyətlilər bu iki cəsədin o kəslər olduğununu güman edir. Bu cəsədlərin şəxsiyyətləri DNT testi edildikdən sonra müəyyən olacaq.