“Tvente” – “Qarabağ” matçı canlı yayımda





Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Tvente" - "Qarabağ" cavab matçı canlı yayımlanacaq.
Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a "Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Hollandiyada keçiriləcək qarşılaşma "İdman Azərbaycan" kanalı vasitəsi birbaşa nümayiş olunacaq.
Görüş avqustun 28-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Artıq bu matç telekanalın proqramına da salınıb.
Xatırladaq ki, bu komandalar arasında keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.