6.2 kiloqram çəkisi var

Körpə hər kəsi təəccübləndirdi
ABŞ-ın Colorado əyalətinə bağlı San Luis Valley xəstəxanasında 6.2 kiloqram ağırlığında dünyaya gələn körpə hər kəsi təəccübləndirdi. Keysəriyyə əməliyyatı ilə doğumu reallaşan körpənin boyunun 55.8 santimetr olduğu ifadə edilir.
"Today” qəzeti, həkimlərin doğum əvvəli körpənin kilosunu təxminən 3.1 kiloqram olaraq hesabladığını yazdı. Nəfəs alma çətinliyi çəkən Mia Yasmin Qarsia adlı qız uşağının daha yaxşı baxılması üçün tam şəraiti olan başqa bir xəstəxanaya çatdırıldığı açıqlandı. Doğumu reallaşdıran tibb bacısının körpənin dünyaya gəlişi zamanı çaxnaşmaya qapılaraq, yoldaşlarından kömək istədiyi və "qaçın, bura gəlin” deyə qışqırmağa başladığı ifadə edildi. Dörd qız uşağı olan ata Francisco Qarsia, oğlanlarının olması üçün hər yolu sınadıqlarını vurğulayaraq tanrının onlara beşinci qız uşağını verdiklərini söylədi. Ata Qarsia xəstəxana səlahiyyətlilərini də günahlandıraraq, "Bizə normal bir doğum olacaqlarını, hətta kilosuna qədər söylədilər, yüzdə yüz yanılma olarmı?” dedi. " Hər şeyə baxmayaraq bu qız uşağımız ilə də qürur duyuruq” deyən atanın oğlan sevdasından imtina etdiyi bildirilib.