ABŞ-KXDR sammiti planlaşdırılan vaxtdan tez başa çatıb





ABŞ Prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında sammit planlaşdırılan vaxtdan tez başa çatıb. Liderlərin avtomobil karvanı danışıqların keçirildiyi oteli tərk edib.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Bir qədər əvvəl Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlərə sammitin qrafikində dəyişiklik edildiyini demişdi. Bunun səbəbi açıqlanmayıb.

Birgə sənədin imzalanıb-imzalanmayacağı da hələlik məlum deyil. Donald Trampın mətbuat konfransının planlaşdırılan vaxtdan iki saat tez keçiriləcəyi bildirilir.