Bakıda dəhşətli olay: yana-yana öldü




Bakıda yanmış kişi meyiti tapılıb.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Xaşaxuna bağlar massivində qeydə alınıb. Musa Hüseynova məxsus köşkdə yanğın baş verib. 

Yanğın söndürüldükdən sonra orada gözətçi işləyən 55-60 yaşlarında kişinin yanmış meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.