Deputat: “Prezidentin siyasətinin mərkəzində vətəndaşlarımızın sosial rifahı dayanır"



"Prezidentin həyata keçirdiyi siyasətin başlıca məqsədini Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi təşkil edir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı hər zaman qayğıya ehtiyacı olan vətəndaşlara böyük önəm verir: 

"Prezident bütün çıxışlarında da qeyd edir ki, siyasətimizin mərkəzində vətəndaşlarımız dayanır. Minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin, eləcə də qaçqın və məcburi köçkünlər üçün verilən müavinətlərin artırılması ilə bağlı tədbirlər bir daha onu göstərir ki, prezident vətəndaşlarımıza, xüsusilə qayğıya ehtiyacı olan təbəqəyə böyük diqqət göstərir. Bu, dövlət siyasətinin əsasını, başlıca istiqamətini təşkil edir. Ölkə başçısı sosial məsələlərlərə bağlı müşavirədə qeyd etdi ki, belə tədbirlər sistemli şəkildə davam edəcək. Bütün bunlar vətəndaşlarımıza verilən maddi və mənəvi dəyərin bir nümunəsidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il 1 mart tarixindən etibarən 160 manat olacaq.

Yeganə Bayramova