İtkin düşmüş keçmiş ANS-çinin meyiti dəniz kənarından tapıldı




Sumqayıt şəhərində dəniz kənarından kişi meyiti tapılıb. ONA-nın yerli bürosunun verdiyi məlumata görə, şəhərin dənizkənarında, "Mayak" adlanan ərazidə asılmış kişi meyiti aşkarlanıb.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşmüş, 1990-cı il təvəllüdlü Pərviz İlqar oğlu Quliyev olması müəyyən edilib.

P. Quliyev fevralın 22-də metronun "Azadlıq" stansiyası yaxınlığında itkin düşüb.

Onun itkin düşməsi barədə yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

29 yaşlı Pərviz Quliyev ANS TV bağlanana qədər orada çalışıb. Bu məlumatı keçmiş ANS-çilər də sosial şəbəkədə paylaşıblar.