Tramp hərbi məktəb nəticələrini niyə GİZLİ SAXLAYIR ? – Müəmma






Təzyiq altında Trumpun iştirak etdiyi bir hərbi məktəb, akademik nəticələrini gizlədi
ABŞ prezidenti Donald Trampın5 il müddətində oxuduğu hərbi məktəb təzyiq və təhdid nəticəsində D.Trampın akademik nəticələrini gizli saxlayır.

« Sherg.az» Fransanın «liberation.fr » (Azadlıq) saytına istinadən xəbər verir ki, «Washington Post » un yaydığı məlumata görə, D.Tramp hələ 2011-ci ildə- prezident olmadığı bir dönəmdə Tramp və dostları Nyu-Yorkda yerləşən həmin hərbi məktəbə baş çəkirlər və məktəb rəhbərliyinə təzyiqlər göstərərək o nəticələrin gizli qalmasına nail ola biliblər.

D.Tramp bu təzyiqləri hələ prezidentin olmadığı bir vaxtda həyata keçirib. Halbuki həmin dövrdə prezident olan Barak Obama öz akademik nəticələrini dərc etdirərək ictimaiyyətə təqdim edib. B.Obamanın ABŞı-ın şimal-şərqində 8 prestijli universiteti özündə birləşdirən « İvy » Liqasına necə qoşulması da açıqlanıb.

Nyu-York Hərbi Akademiyasının keçmiş müdiri Evan Cons, Amerika qəzetinə bildirib ki, həmin dövrdə Tramp və dostları bu məktəbə gələrək ondan bu akademik nəticlərin gizli qalmasını istədilər. Təzyiq və təhdidlər yağdıraraq buna nail oldular.

Bu xüsusi məktəbin hazırkı direktoru Cefril Koverdal administarsiya şurası üzvlərinin D.Trampın akademik nəticələrini əldə etmək istəklərini rədd edib.

Ötən həftə D.Trampın sabiq şəxsi vəkili Mişel Koen parlament komissiyası qarşısında izah edib ki, D.Tramp və dostlarının həmin məktəbə baş çəkməsi və bu məktəbə qarşı təhdidlərinin məqsədi o idi ki, həmin qiymətlər dərc olunmasın.

Tərcümə etdi : Ayyət ƏHMƏD