Bu burun spreyindən istifadə et, depressiyadan çıx !- İnqilabi kəşf - Fotolar

ABŞ-da depressiya əleyhinə burun spreyi hazırlanıb.
 « Sherg.az» «Sciencesetavenir.fr»(elm və gələcək)ə istinadən xəbər verir ki, tibdə inqilabi inkişaf kimi dəyərləndirilən bu yeni müalicə üsulu, ketamin tərkibli burun spreyi ilə mümkün olub. ABŞ dərman agentliyi (FDA) bu ilin 5 mart tarixində məlum burun spreyinin satışına yaşıl işıq yandırıb.
Artıq ABŞ-da depressiv insanlar bu inqilabi müalicə üsulundan istifadə edə bilərlər. Bu xəstəlikdən əziyyət çəkənlər artıq problemlərinin həllini tapıblar.
« Spravato » adı altında satılan dərman əczaçılıq fəaliyyəti ilə məşğul olan Cansen laboratoriyasında istehsal olunur. Onun mənfi təsirləri də nəzərdən keçirilə bilər.
Parisdə yerləşən « Sainte-Anne » xəstəxanasının rəhbəri Pyer dö Marikur da bu spreyi depressiyanın müalicəsində inqilabi inkişaf adlandırıb. 
Bu dərmann hazırlanması zamanı iki mərhələli sınaqda iştirak edən P.Parikur söyləyib ki, sözügedən sprey depressiya səbəbindən intihara əl atanlara da köməklik edəcək.
Tərcümə etdi : Ayyət Əhməd