Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən DÜŞDÜ: martın 24-ü toyu olacaqmış





Mingəçevirdə faciəli hadisə baş verib.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb.