17-ci AKT:«Sarı jilet»lilər yenidən səfərbər oldular – Polis rəqəmi danır




Bu gün Fransada « sarı jilet»lilər hərəkatının 17-ci aktı baş tutub.

« Sherg.az» « nouvelobs.com» a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən bugünkü aksiyaya 28 min 600 nümayişçi qatılıb ki, onun da 3 minini parislilər təşkil edib. Nazirlik onu da diqqətə çatdırıb ki, 28 min 600 adam bundan əvvəlki aksiyalara qatılanların sayı ilə müqayisədə ən az səfərbərolunmadır.

Nazirlik qeyd edib ki, ötən həftənin şənbə günü baş tutan aksiyada 39 min 300 adam iştirak etmişdi, onlardan 4 mini parislilər idi. 2018-ci ilin 29 dekabrında keçirilən aksiyada isə 32 min nümayişçi iştirak etmişdi.

Qeyd edək ki, «Sarı jilet»lilər Fransa polisinin açıqladığı bu rəqəmləri təkzib edirlər. Onlar polisin bu hərəkatı zəif göstərmək istədiyini iddia ediblər. Bildiriblər ki, polisin açıqlamasının əksinə olaraq hərəkat getdikcə daha da böyüyəcək.

Tərcümə etdi : Ayyət Əhməd