
7 yaşlı uşaq ölümdən döndü: Qusunca boğazından tənzif çıxdı, ailə şoka düşdü
20:41 23.02.2015
Arxiv
1911

İzmirin özəl xəstəxanasında boğazından artıq əti götürmək üçün əməliyyat olunan 7 yaşlı Timuçin Metehan Şen, boğazında unudulan tənzif səbəbiylə ölümdən döndü.
6 gün qidalana bilməyən, nəfəs almaqda belə çətinlik çəkən Timuçinin şikayətlərinin artmasına görə, ana və atası tərəfindən müayinəyə aparılmasına baxmayaraq fərq edilməyən tənzif, uşağın qusmasından sonra boğazından çıxdı. Çətin günlər keçirdiklərini və tək uşağını itirməklə qarşı-qarşıya qaldıqlarını ifadə edən ana Gülşən Şən, xəstəxana və həkimlər haqqında prokurorluğa müraciət etdiklərini söylədi. Sənaye mühəndisi 34 yaşındakı Məsud Şən ilə mühasibçilik edən həyat yoldaşı 36 yaşlı Gökşen Şən, 2-ci sinif şagirdi tək uşaqları Timuçin Metehan Şənin artıq əti şikayəti səbəbiylə xüsusi bir xəstəxanaya müraciət edib. Timuçinin sağlamlığına qovuşması üçün əməliyyat qərarı verilib. 30 yanvarda Timuçin əməliyyata alınıb. Əməliyyatın ardından sanki kabus dolu 6 gün keçirdiklərini izah edən ata Məsud Şən, belə danışdı:
"Əvvəl uşağın süd dişləri deyə qalıcı dişlərinin çəkilməsi səbəbiylə əməliyyatın çətinlikli bir müddət olacağını düşünüb, buna görə İzmirin seçilən xəstəxanalarından birini seçdik. Bənzər problemlərlə qarşılaşmamaq üçün yaxşı bir araşdırma apardıq. Əməliyyat təxminən 1 saat davam etdi. Əməliyyatın ardından həkimlə görüşdüyümüzdə, bizə uşağın vəziyyətinin yaxşı olduğunu və evə apara biləcəyimizi söylədi. Ancaq biz nə olar, nə olmaz deyə bir gecə də qalmaq istədik. Həkim bizə uşağın yaxşı olduğunu söylədi, amma uşağın ağızı açıq, burnundan nəfəs ala bilmirdi. O gecəni sovuşdurduq və sabahısı gün xəstəxanadan buraxıldı, evə gətirdik.” Evə gəldikləri zaman uşağının şikayətlərinin artdığını deyən Məsud Şən bunları izah etdi: "Su belə içə bilmir, yemək yeyə bilmirdi. Ağızı açıq yatırdı, 20 saniyə boyunca nəfəsi tutulurdu. Davamlı burnunda axıntı olurdu, onu da nasosla çəkirdik. Əməliyyatdan 2 gün sonra həkimini axtardıq, idarəyə çağırdı. Uşağı qidalandıra bilmədiyimizi söylədi. Ağızında elə bir qoxu vardı ki, yanına yaxınlaşmaq olmurdu, tənzif artıq içəridə iltihablanmışdı. Üzərindən 6 gün keçdikdən sonra təkrar xəstəxanaya getdik, müayinə üçün yenə müdaxilə edilmədi. Uşaq israrla evə getmək istəməsinə baxmayaraq, həyat yoldaşım bir şeylər yeməsi üçün bir restorana aparıb. O zaman uşaq qusmağa çalışır və ağızından bez çıxır. Həyat yoldaşım həkimi axtarmış və dərhal xəstəxanaya çağırmışdı. Uşağım ölümdən döndü. Bizim yaşadıqlarımız heç kimin başına gəlməsin.”
Yaşadıqlarını izah edərkən gözləri dolan ana Gökşen Şən, hüquqi mübarizə başlatdıqlarını söylədi. Gökşen Şən, "Son müayinədən sonra xəstəxanadan çıxarkən, həkim, uşağın hərəkətlərinin normal olmadığını, tək uşaq olması səbəbiylə ərköyün davrandığını söylədi. Amma biz uşağa bir şey yedizdirə bilmirdik. Davamlı yatmaq istəyirdi və o gün axıntı da dayandı. Mən o gün zorla uşağıma yemək yedirtdim. Ayağa qalxınca dili çölə çıxdı zənn etdim. Nə edəcəyimi bilmədim, dərhal həkimi axtardım. Uşağı xəstəxanaya aparmamı istədi. Bu zaman uşağım pisləşincə, yavaş-yavaş bezi çəkib çıxartdım və xəstəxanaya apardım. Orada məni sakitləşdirən həkim, məndən bezi istədi. Ondan sonra başqa bir həkimə getdim və uşağın yaşadığı bütün şikayətlər bitdi. Digər həkim, ‘Uşağı yaxşı ki, yatırtmamısınız” dedi. Mənim buradan anladığım, əgər mən uşağımı yatırtsaydım, son yuxusuna dalacaqdı. Yaşadıqlarımız səbəbiylə müalicə görməyə başlayacağıq. Prokurorluğa müraciət etmişik” deyə danışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm