ABŞ-da növbəti atışma baş verib




ABŞ-ın Yeni Orlean şəhəri yaxınlığında (Luizianna ştatı) iki atışma baş verib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, Livinqston dairəsində baş verən atışma nəticəsində 3 nəfər, Asensyon dairəsində isə 2 əfər həlak olub.

Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir.

Atışmaları törətməkdə şübhəli bilinən 21 yaşlı şəxsin axtarışları davam etdirilir.