ABŞ Ermənistanı sanksiya ilə hədələdi




ABŞ Ermənistana xəbərdarlıq edib. Modern.az xəbər verir ki, bu barədə "Aykakan Jamanak” qəzeti ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, rəsmi Vaşinqton Rusiyanın hərbi-sənaye şirkətləri ilə əhəmiyyətli müqavilələr imzalayacağı təqdirdə Yerevana qarşı sanksiya tətbiq edə bilər.

Nəşrin məlumatına görə, xəbərdarlıq məktubu səfirlik tərəfindən Ermənistan hökumətinə təqdim edilib.