ABŞ-ın İran rejiminə qarşı yeni sanksiya planı... - Məlumatlar yoxlanılır





Ağ ev İrandakı mövcud hakimiyyət təmsilçiləri və onların tərəfdarlarına qarşı yeni sanksiya tətbiq etməyi planlaşdırır.  

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Amerika dövlət administrasiyasının yüksək ranqlı məmurlarından biri məlumat yayıb. 

O, bütün imkanları,variantları yoxladıqlarını bəyan edib:

 "İranda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, sərbəst toplaşmaya əngəlolma və sensura aktının qəbul edilməsi kimi hallara yol verən şəxslərin cəzalandırılmasının yollarını axtarırıq. 

Bu məsələlərin İranda mövcudluğuna dair çoxsaylı məlumatlar dolaşır, amma biz həmin məlumatları bir araya toplayıb onların nə dərəcə fakt olub olmadığını nəzərdən keçiririk". 

Tərcümə etdi: Ayyət ƏHMƏD