ABŞ-ın “Kreml hesabatı”nda təkcə Putinin adı yoxdur
07:43 01.02.2018
Arxiv
736
Çox güman ki, Amerikanın sanksiyalarına Rusiya tərəfi də hansısa formada cavab verəcək
"Rusiyaya qarşı yeni sanksiyalar yaxın gələcəkdə tətbiq ediləcək, Vaşinqton artıq onların üzərində işləyir”. Bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib. Nazir bildirib ki, əlavə sanksiyalar tətbiq etmək üçün, daha əvvəl elan edilmiş hesabat və kəşfiyyat məlumatlarından istifadə ediləcək: "Hazırda onların üzərində çalışırıq”.
Maliyyə naziri sanksiyaların tətbiq olunacağı tarixi açıqlamaq istəməyib: "Bunu mümkün qədər tez edəcəyik, ola bilsin ki, bu bir neçə ay, ya da ki bir ay çəksin”. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl "Kreml hesabatı”nı təqdim edib. Həmin sanksiya Rusiya prezidentinin yaxın ətrafını, iri sahibkarları və dövlət şirkətlərini əhatə edib. Bir sıra ekspertlərin fikrincə, ardıcıl sanksiyalar Amerika və Rusiya arasında növbəti gərginliyin, hətta "soyuq müharibə” dövrünün yeni mərhələsinin başlanğıcı ola bilər.
Prosesləri "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, hələlik sözügedən sankiyalar tətbiq edilməyib. "Kreml hesabatı”na diqqət çəkən politoloqun sözlərinə görə, siyahıda Rusiyanın siyasi və iqtisadi elitasının, o cümlədən aparıcı müəssisələrin adı qeyd olunub:
"Layihə Konqresin müzakirəsinə göndərilib. Demək olar ki, sanksiya məruzəsində sadəcə prezident Vladimir Putinin adı yoxdur. Hələlik tətbiq olunmasa da, bunun gündəmə gətirilməsinin özü tərəflərin qarşıdurmasının, ABŞ-Rusiya arasındakı soyuq müharibənin yeni mərhələsinin başlanması üçün yetərlidir. Düşünmürəm ki, gərgin vəziyyət hansısa münaqişəyə, müharibəyə səbəb olsun. Ancaq reallıq odur ki, gərginlik nə ABŞ-a, nə də ki Rusiyaya fayda verir. Beynəlxalq münasibətlərin yaxın tarixi göstərir ki, güclü tərəflərin uzun müddət qarşıdurma şəraitində olması təkcə onların özünə deyil, digər dövlətlərə də mənfi təsir edir. Amerika və Rusiyanın müttəfiqləri də bundan ziyan çəkir. Gərgin münasibətlər nəticəsində ABŞ və Rusiyanın bəzi regionlardakı birgə əməkdaşlığı, razılığı da pozulur. Çox güman ki, Amerikanın sanksiyalarına Rusiya tərəfi də hansısa formada cavab verəcək. Putinin bəyanatı da Kremlin səssiz qalmayacağını ortaya qoyur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm