"ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi Azərbaycanın iqtisadi və hərbi qüdrətinin göstəricisidir. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Artıq Azərbaycan müasir silahlar ixrac edən bir ölkəyə çevrilib. Bu isə həm ölkənin müdafiə qüdrətinin artması, həm də iqtisadiyyatının inkişafına böyük təkan deməkdir".
Bunu "Sherg.az" Prezidenti İlham Əliyevin dünən Bakı Ekspo Mərkəzində açılan "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakından danışarkən millət vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, silah istehsalı iqtisadiyyata böyük valyuta gətirən mənbələrdən biridir:

"Azərbaycanın istehsal etdiyi sihalar ölkə büdcəsinə xeyli miqdarda valyuta gətirəcək ki, bu da iqtisadiyyatımızın inkişafına böyük təkan verəcək. Artıq Azərbaycan Müdafiə Sənayesi Kompleksi həm texnologiya,, həm də müasirlik baxımından fərqlənən sahədir. Digər ölkələrin bizim siistehsal etdiyimiz silahlara maraq götəsrməsi ondan xəbər verir ki, doğrudan da Azərbaycan yüksək texnoloji proseslərin iştirakçısına çevrilib. Bu da ölkə iqtisadiyyatı və müdafiə sənayesinin qüdrəti deməkdir".
A.Hüseynov onu da əlavə edib ki, işğalçı Ermənistan Azərbaycan ordusu və əsgərinin rəşadətini 2016-cı ilin aprel döyüşlərində gördü:
"Öz ordularının isə nə qədər bərbad vəziyyətdə olduğu anladılar. Ermənistan hökuməti bu ölkədə yoxsulluğun 46 faiz olduğunu bildirir. Amma işğalçı ölkədə yoxsulluğun səviyyəsi 70 faizdən çoxdur. Paşinyan ölkələrdən pul dilənir. Nə vaxta qədər Ermənistanı ianələrlə saxlayacaqlar? Ermənistan iqtisadiyyatı iflic durumdadır. Onların heç bir valyuta gətirən mənbələri yoxdur. Ordunun inkişafı üçün ilk növbədə ölkə iqtisadiyyatı inkişaf etməlidir. Ermənistanda da bu yoxdur.
Deməli, bunların ordusu, indi də, 10 il, 50 il bundan sonra da özünə gələ bilməyəcək. İstər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, istərsə də Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100-cü il dönümünə dair təşkil olunan paradlarda Azərbaycan ən müasir silahlarını nümayiş etdirdi. Düşmən bu hərbi texnikanı görür və anlayır ki, əgər öz qoşunlarını işğal etdikləri Qarabağ torpaqlarından geri çəkməsələr, o silahlar Ermənistanda "dillənəcək" ".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub. "Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.
Ayyət Əhməd