“Adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər”





"Amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunmalıdır”. 

"Sherg.az" bildirir ki, bu sözləri parlamentin iclasında Prezidentdən amnistiya aktının qəbulunu xahiş edən deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara da şamil oluna bilər: 

"Himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.


Deputat bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır. Azərbaycanda sözə, siyasi baxışa görən həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Biz bütün bunlara son qoymalıyıq”.