ADP prezidentliyə namizdəni müəyyənlədşirməyib - Səbəblər var






Xəbər verdiyimiz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Oktyabr ayının 17-də baş tutacaq seçkilərdə iştirak üçün artıq bir neçə partiya namizədini müəyyənləşdirib.

Qeyd edək ki. hakim Yeni Azərbaycan Partiyası (YAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və " Müsavat" partiyaları prezident seçkilərinə qatılacaq namzidələırinin adını açıqlayıblar. Belə ki, seçkilərə YAP hazırkı ölkə başçısı İlham Əliyevlə, KXCP Mirmahmud Mirəlioğlu ilə, "Müsavat" partiyası isə İsa Qəmbərlə gedəcək.

"Sherg.az” olaraq,  seçkilərə namizədinin dəqiqləşib-dəqiqləşmədiyini öyrənmək üçün Azərbaycan Demokrat Partiyası (ADP) ilə əlaqə saxladıq. 

Təşkilat sədri Sərdar Cəlaloğlu söylədi ki, ADP hələlik namizədini dəqiqləşdirməyib və bunun obyektiv səbəbləri var:

"Seçkiyə qatılmaq üçün minimum şərtləri təmin etməliyik. Bura maliyyə resursları, təşkilati məsələlər və s. daxildir. Bu şərtləri yerinə yetirməsək, ya başqa bir partiyanın namizədini dəstəkləyəcəyik. ya da namizəd irəli sürmədən seçkilərdə iştirak edəcəyik”.

Aysel Aslan