Afrikada qara bəbirin bir əsrdən sonra ilk fotosu çəkilib - Fotolar + Video

Afrikada qara bəbirin bir əsrdən sonra ilk fotosu çəkilib.
"Sherg.az" "rfi.fr"ə istinadən xəbər verir ki, Afrika qitəsində qara leopard və qara panterin sonuncu fotosu 1909-cu ildə Efiopiyada Addis Ababa şəhərində çəkilib. Ancaq əfsanəvi heyvan adlanan indiki qara bəbirin foto və videosu Keniyada Vil Burard Lüka adlı britaniyalı fotoqraf tərfindən lentə alınıb.
Onun fotosu bu həftənin birinci günü ictimailəşib. Belə ki,V.B.Lüka onun şəkillərini fevralın 13-də öz "İnstaqram" səhifəsində "Nadir nümunə hesab olunan qara bəbiri ölümsüzləşdirdim" başlığı altında paylaşıb. Bir sıra İnternet istifadəçiləri qara leopardın göründüyü yerin izlənilməsindən sonra bu nadir nümunənin qorunması üçün narahat olduqlarını ifadə ediblər.
Bu bəbirin dərisi üzərindəki piqmentlərin çoxluğu isə onun geni ilə izah olunur.
Onu da əlavə edək ki, bu bəbirin mövcudluğu indi şəkillərdə təsdiqlənir. ABŞ-ın San Dieqo Zooparkının rəhbəri Nichola V. Pilfold da  Afrikada onların çox nadir hallarda qaldıqlarını düşünür.
Tərcümə etdi: Ayyət Əhməd