Alimlərdən SOS: Hər il atmosfer çirklənməsi nəticəsində dünyada 8, 8 milyon adam vaxtsız ölür





Atmosfer çirklənməsi hər il bizim düşündüyümüzdən 2 dəfə çox insan tələfatına səbəb olur.
« Sherg.az»  « nouvelobs.com»(yeni müşahidə)a istinadən xəbər verir ki, ümumən Avropada hər il atmosfer çirklənməsi nəticəsində 800 min, dünyada isə 8, 8 milyon adam vaxtsız dünyasını dəyişir.

Hər il Fransada 70 min adam atmosfer çirklənməsinin qurbanı olur. Onlar nə avtomobil qəzasında, nə də müharibə ölürlər. Sadəcə, hava çatışmazlığı və atmosferin çirklənməsi nəticəsində uzun müddət yaşaya bilmirlər. 

Mütəxəssislər hər ötən il atmosferin daha da çirkləndiyini və bunun insan orqanizminə ciddi ziyan vurduğunu iddia edirlər. Almaniyanın kimya təmayüllü Maks –Plank İnstitununun bir qrup alimi bu barədə "European Heart Journal"ında məqalə dərc etdiriblər.Həmin yazıda alimlər həyəcan təbili çalıblar. Onlar getdikcə nəfəs almanın daha da pisləşəcəyini diqqətə çatdırıblar.

Alimlər onu da qeyd edirlər ki, hər il atmosfer çiklənməsi nəticəsində dünyada hər 100 min insandan 120 –i məhz bu səbəbdən vəfat edir.

Təkcə, Avropada hər 100 min insandan 130- məhz bu səbədən vaxtsız dünyasını dəyişir.
Sonda alimlər bəyan ediblər ki, bütün dünya bu məsələnin ən xırda detalını belə öyrənib aradan qaldırmağa çalışmalıdır.

Tərcümə etdi : Ayyət Əhməd