"Alpinistlərin axtarışı ölkə rəhbərliyinin şəxsi nəzarətindədir" - Qərargahın rəhbəri
13:48 02.01.2018
Arxiv
530
""Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur, qarın qalınlığı 30 – 40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək”.
Bunu APA-ya axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.
"2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, - deyə qərargah rəisi vurğulayıb.
Ş.Mirzəyev qeyd edib ki, bütün proses ölkə rəhbərliyinin şəxsi nəzarəti altındadır. O bildirib ki, axtarış işlərində FHN qüvvələri ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllülər iştirak edir: "Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3 nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri ilə bağlı son durum məruzə olunur”.
Ş. Mirzəyev bəzi könüllülərin axtarış – xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib: "Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könüllülər lazımdır”.
Qeyd edək ki, 26 dekabr axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.
Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
Qərargaha Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm