Ankara təzyiqlərə hələ dözür
06:50 28.10.2014
Arxiv
437
İndiki şəraitdə ABŞ-la Türkiyəni qarşı-qarşıya qoyacaq məqamlar kifayət qədərdir
Son zamanlar Amerika rəsmilərinin bəyanatlarında Rusiyaya qarşı sanksiyalar zamanı Ağ Evin Türkiyədən istifadə etmək istəyi aydınca müşahidə olunur. ABŞ bu istiqamətdə rəsmi Ankaraya müəyyən təzyiqlər göstərsə də, qonşu ölkə öz xarici siyasət kursundan dönmür.
Ankaranın Moskvadakı səfiri Ümit Yardımın Rusiya-Türkiyə münasibətləri barədə açıqlaması da bunu təsdiq edir. Diplomat bildirib ki, rəsmi Ankara Kremlə qarşı sanksiyalara qoşulmaq niyyətində deyil. Onun sözlərinə görə, siyasətdə gözlənilən nəticəni əldə etmək üçün sanksiya metod sayıla bilməz: "Türkiyənin mövqeyi BMT Təhlükəsizlik Şurasının çıxardığı qərarlara uyğun hərəkət etməkdir. Bu istiqamətdə münasibətlərimizi davam etdirəcəyik”. Səfir Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının dekabr ayında keçiriləcəyini də söyləyib.
Səfirin açıqlamasını şərh edən politoloq Elçin Mirzəbəyli "Şərq”ə bildirib ki, rəsmi Ankara sanksiyalara qoşularsa, iqtisadiyyatına böyük zərbə dəyər: "Türkiyənin iş adamları Rusiyada müxtəlif sahələrdə uğurlu biznes fəaliyyəti ilə məşğuldurlar. Şimal qonşumuzun tikinti sektorunun əhəmiyyətli hissəsini Türkiyə şirkətləri idarə edir. İki dövlət arasında iqtisadi əməkdaşlıq dövriyyəsi həddən artıq yüksəkdir. Türkiyənin belə bir addım atacağı gözlənilmir. Ankara bir halda qatıla bilər ki, ona dəyəcək iqtisadi ziyanı ABŞ kompensasiya etsin. Amma məbləğ o qədər böyükdür ki, rəsmi Vaşinqtonun bununla razılaşacağını güman etmirəm”.
Təzadlı bir vəziyyət yarandığını deyən ekspert hesab edir ki, Türkiyə bir çox təzyiqlərlə üz-üzədir: "Bir tərəfdən PKK ölkə daxilində aktivləşib. Digər tərəfdən Türkiyə sərhəddində Suriyada İŞİD terror qruplaşmasının həyata keçirdiyi əməliyyatlar Türkiyə üçün təhdid yaradır. İndiki şəraitdə ABŞ-la Türkiyəni qarşı-qarşıya qoyacaq məqamlar kifayət qədərdir. Türkiyəyə qarşı həyata keçirilən təzyiqlərin əsas motivləri onu hərbi əməliyyatlara cəlb etməkdir”.
Qərbin "Rəsmi Ankara-Krım hadisələrində süstlük nümayiş etdirdi” ittihamına gəlincə, politoloq deyib ki, bu, təbii hal hesab olunmalıdır: "Məsələ təkcə Rusiya ilə iqtisadi əlaqələrlə bağlı deyil. Ankaranın xarici siyasət kursu ilə əlaqədardır. Baxın, İraq türkmənləri yaşadığı torpaqlarından didərgin salındılar. Onlara qarşı faktiki olaraq soyqırım həyata keçirildi. Tarixi türk ərazilərində Kürd muxtariyyəti yaradıldı. Amma Türkiyə dillənmədi. Eyni zamanda ABŞ da susdu. Çünki maraqlarına uyğun idi. İndi Ukrayna məsələsi Qərbin maraqlarına uyğun gəlmir. Onda da Qərb çığır-bağır salmağa çalışır. Türkiyə İraq türkmənləri məsələsində israrlı mövqe göstərsə, Krım hadisələrində də təkidli münasibət sərgiləyə bilərdi. Birində susub, o birində danışmaq Ankaranı qınaq qarşısında qoya bilər. Məhz bu məsələdə Türkiyəyə qarşı basqı kökündən yanlışdır. Çünki ABŞ İraq türkmənləri ilə bağlı da Türkiyənin qarşısına tələb qoymalı idi. Bunu etmədi. Ona görə Ağ Evin sonrakı canfəşanlığı dəstəklənmir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm