Ankara yolundan dönməyəcək
19:10 16.02.2015
Arxiv
611
Davudoğlu ermənilərə sadəcə jest edib
Türkiyənin baş naziri Əhməd Davudoğlu dini azlıqların təmsilçiləri ilə görüşündə Qarabağ problemi, habelə Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı maraqlı fikirlər səsləndirib. Ə.Davudoğlunun sözlərinə görə, Türkiyə son günlərə qədər hətta bir rayonun azad edilməsi qarşılığında belə Ermənistanla sərhədləri açmağa hazır idi: "Ermənistan Qarabağdakı bircə rayondan geri çəkilsəydi, sərhədi açacaqdıq. Amma bu, olmadı”.
Davudoğlunun məlum açıqlaması Türkiyənin həqiqətən də regionda sülh və təhlükəsizliyin təmini üçün kompromisə hazır olduğunu göstərməklə yanaşı, rəsmi Ankaranın Qarabağ problemi ilə bağlı mövqeyini də gündəmə gətirib. Rusiyanın "Vestik Kafkaz” nəşri Davudoğlunun bu çıxışını şərh edərkən Ermənistanda məsələyə birmənalı münasibət olmadığını yazıb. Lakin erməni politoloq ölkədə bunun əksini düşünənlərin olduğunu da istisna etməyib. Onun sözlərinə görə, açıq şəkildə dilə gətirilməsə də, Rusiyanın təsirindən qurtulmaq üçün Türkiyəyə xilas yolu kimi baxanlar var. Davudoğlunun açıqlaması Azərbaycan cəmiyyətində də birmənalı qarşılanmayıb. İnsanların bəzisi bunu Türkiyənin Qarabağ məsələsindəki qeyri-prinsipial mövqeyi kimi qəbul edib. Maraqlıdır, Davudoğlunun açıqlaması Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir və bu, Türkiyənin Qarabağ məsələsindəki qeyri-prinsipiallığı kimi dəyərləndirilə bilərmi?
"Borçalı” Cəmiyyətinin sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli baş nazirin açıqlamasını tamamilə normal qəbul etdiyini və burada Azərbaycanın maraqlarına zidd bir şey görmədiyini vurğulayıb: "Türkiyənin Qarabağ probleminə mövqeyi birmənalıdır və buna görə də ayrı-ayrı dövlətlərin təzyiqləri ilə üzləşməkdən çəkinmir. Bəlkə də türk birliyinin kökü buradadır. Bu vəhtəd dayanıqlı olarsa, xəyallarda qurduğumuz birlik gerçəkliyə çevrilər. Hörmətli Davudoğlunun bu ifadəsi düşünülmüş diplomatik ifadədir. Baş nazir anlatmaq istəyir ki, Ermənistan destruktivdir, pozucudur. Belə olmasaydı, heç olmasa, bir rayonun azad olunmasına razı olardı. Bu ifadədə siyasətlə məşğul olan birisi kimi Azərbaycana sayğısızlıq adına heç nə görmürəm”.
Politoloq Toğrul İsmayıl da açıqlamasında deyib ki, sərhədin açılması ermənilərə də, Türkiyəyə də sərf edir: "Bununla Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxa bilər. Əlbəttə, Türkiyənin də burda regional maraqları var. Lakin rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistan bunun üçün işğalçı siyasətindən imtina etməlidir. Ən azından işğal etdiyi Azərbaycan torpaqlarının bir qismini boşaltmalıdır. Davudoğlunun bu açıqlaması Ermənistana jestdir. Türkiyə etdiyi jestin cavabını gözləyir”. Politoloq qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədləri 1993-cü il Kəlbəcərin işğalından sonra bağlanıb: "O vaxtdan Türkiyə Ermənistana dəfələrlə çağırış etsə də, İrəvan reaksiya verməyib. Ermənistan Türkiyədən ilkin şərt olmadan danışıqlar aparmağı tələb edir. Hansı ki, burda ilkin şərtdən yox, bütöv bir təcavüzdən söhbət gedir. Ermənistan qondarma soyqırım iddialarından əl çəkməli və işğal etdiyi əraziləri boşaltmalıdır. Qonşularına qarşı özünü yaxşı aparmalıdır. Lakin Ermənistan Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürür. Bu, beynəlxalq hüquqa ən pis yanaşmadır. Buna görə də Ermənistan aclıq məngənəsindən yalnız daha sivil ölkə olacağı təqdirdə qurtula bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm