“ARB 24”ə yeni direktor təyin olundu



Bu gün "ARB 24” telekanalının yeni icraçı direktorunun təyinatı baş tutub.

"ARB Media Qrup”un mətbuat xidmətindən Oxu.Az-a verilən açıqlamaya görə, tanınmış jurnalist Radik İsmayılov "ARB 24”ə icraçı direktor təyin olunub.

Qeyd edək ki, Radik İsmayılov bu günə qədər "ARB 24”də baş redaktor vəzifəsində çalışırdı.