Analitik bildirib ki, 39 il davam edən molla rejimi çürük bir quruluş olduğu üçün iflas durumuna düşüb. Hakimiyyətin qurulmasından 39 il keçməsinə baxmayaraq, İranın iqtisadiyyatı şah rejiminə nisbətdə çox geridə qalıb.
“Artıq ox yaydan çıxıb”
09:30 03.01.2018
Arxiv
1179
Vasif Əfəndiyev:"İranda uzun zaman davam edən iç savaş çıxacaq”
Analitik bildirib ki, 39 il davam edən molla rejimi çürük bir quruluş olduğu üçün iflas durumuna düşüb. Hakimiyyətin qurulmasından 39 il keçməsinə baxmayaraq, İranın iqtisadiyyatı şah rejiminə nisbətdə çox geridə qalıb.
"Etirazlar üsyan xarakterini alaraq inqilabi mərhələyə keçməkdədir”.
Bunu "Sherg.az”a İrandakı prosesləri şərh edərkən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Ekspertin sözlərinə görə, Tehran hökuməti bütün anti-demokratik rejimlərdə olduğu kimi nəyin bahasına olursa-olsun üsyanı yatırmağa çalışır:
"Lakin artıq "ox yaydan çıxıb”. Proseslər addım-addım daxili savaşa sürüklənir. Hakimiyyətlərini qismən də olsa, qoruyub saxlamaq istəyən molla rejimi etnik münaqişələr zəmnində iğtişaşlar yaratmağa çalışa bilər. Əgər rejim fövqalədə və görünməyən qeyrət göstərərək hakimiyyətdən könüllü gedərsə , o zaman Türkiyənin iştirakı ilə keçid dövrü ərzində sabitliyə nail olmaq olar. Əks təqdirdə İranda uzun zaman davam edən iç savaş çıxacaq”.
Analitik bildirib ki, 39 il davam edən molla rejimi çürük bir quruluş olduğu üçün iflas durumuna düşüb. Hakimiyyətin qurulmasından 39 il keçməsinə baxmayaraq, İranın iqtisadiyyatı şah rejiminə nisbətdə çox geridə qalıb. İranı nə gözlədiyini təsəvvür edərkən heç də optimist gələcək görünmür. Dini cəhalət və səfalətdən əziyyət çəkən İran xalqı dünyəvi və demokratik dövlət qurmaq haqqına malikdir. Etirazçıların şüarlarına diqqət edərkən onların diktatura rejiminə qarşı olduqlarını və eyni zamanda qadınların baş örtüyünü açaraq dini cəhalətdən qurtulmaq istədiklərini görürük. Nümayişçilərin arasında qadınların da çox fəal olması bunu deməyə əsas verir. Əslində bu xalq ayaqlanmasının əsas səbəbi dini idarəçilikdən qurtulmaq cəhdələridir. Molllalar iranın bütün sərvətlərinə sahibləniblər. Xalq həm də çox kasıb vəziyyətdə yaşayır. Mən İranda olarkən onların həyat səviyyəsinin necə də aşağı olmasının şahidi olmuşam”.
Siyasi şərhçinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin "xalqın etiraz emək konstitusiyon hüququdur” bəyanatı çarəsizlikdən irəli gəlir:
"Xalqın dolmuş qəzəbibini yatırmaq istəyirlər. Amma xalq ayaqlanması artan templə daha da radikallaşır. Vəziyyət hakimiyyətin nəzarətindən çıxmaq üzrədir. Xalq ayaqlanmalarının yatırılmasının tək yolu ya hakimiyyəti könüllü buraxmaq ya da hərbi müdaxilə edərək xalqa qarşı silah tətbiq etməkdir. İran hakmiyyəti gözlənilən qərarı verəcəkmi, bu halda etirazları durudurmaq mümkün olacaqmı? Bu sualların cavabını yaxın günlərdə görəcəyik”.
Politoloq İranda yaşayan soydaşlarımızla bağlı çox ciddi narahatlıq duyduğunu deyib:
"Son 100 ildə baş verən siyasi çalxalanmalarda hər dəfə soydaşlarımız uduzmuş vəziyyətə düşüblər. Bu dəfə İran türkləri daha tədbirli və ağıllı tərpənməlidirlər. Heç bir halda etnik mövzuda qarşıdurmaya gedilməməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm