Aşkar bahalaşma ilə yanaşı, alıcılar gizli qiymət artımı ilə aldadılır
10:35 22.02.2015
Arxiv
669
Manatın məzənnəsinin aşağı düşməsilə başlanan aşkar qiymət artımı ilə yanaşı Bakının mağazalarında gizli qiymət artımı müşahidə olunur.
ANS PRESS-in məlumatına görə, bir sıra böyük marketlər alıcıları aldadırlar. Belə ki, mağazalar vitrində bir qiymət yazaraq alıcını qiymətin artmadığı inandıraraq kassada hesablamada başqa qiymət vururlar.
ANS PRESS əməkdaşı özü belə hadisə ilə "Favorit" supermarketində rastlaşıb. Uşaq üçün peçenyeni vitrində 3 manat 90 qəpik kimi təqdim edən mağaza kassada bunu 4 manat 20 qəpikdən hesablayır. 1 manat 44 qəpiyə olan üz qırxmaq üçün sabun isə kassada 1 man 90 qəpikdən kompüterə vurulur. Vitrində 70 qəpiyə təklif olunan yuyucu toz 75 qəpikdən hesablanır.
İrəli düşdüklərini zənn edən alıcılar isə aldadlqlarını bilmirlər. ANS PRESS əməkdaşı vitrindəki qiymətlərlə kassaya vurulan qiymətlər arasında fərqin səbəbi ilə maraqlandıqda cavab gülünc olur. Mağaza satıcısı malın digər qiymətin altına sürüşdüyünü desə də, bunun niyə kütləvi şəkildə olduğunu izah edə bilməyib.
İqtisadiyyat və Sənaye Nazirliyi dünənki açıqlamasında bildirmişdi ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlik əmin edirdi ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bu gün baş verənlər isə vəziyyətin nəzarətdən çıxdığını göstərir...
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm