AŞPA həmməruzəçiləri Milli Məclisdə görüşlər keçiriblər
20:22 02.03.2015
Arxiv
585
Səməd Seyidov qonaqlara Qarabağ münaqişəsi prosesindəki mövcud durum barədə ətraflı məlumat verib
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) ilə görüşüblər. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov T. İvinskini Azərbaycan üzrə məruzəçi seçilməsi münasibəti ilə təbrik edib, ona bu çətin və məsuliyyətli dönəmdə uğurlar arzulayıb.
Qeyd olunub ki, Avropa Şurası ilə əməkdaşlığın inkişafında maraqlı olan Azərbaycan təşkilat qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Sonra S. Seyidov ölkəmizdə müşahidə olunan siyasi sabitlikdən, iqtisadi inkişafından söz açıb, qonaqlara Dağlıq Qarabağ münaqişəsi prosesindəki mövcud durum barədə ətraflı məlumat verib.
T. İvinski isə səfər proqramı çərçivəsində keçirdikləri görüşlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın Avropa Şurasındakı fəaliyyətini yüksək dəyərləndirib. Qonaq bu ilin iyun ayında Azərbaycanla əlaqədar hazırlanacaq məruzə ilə bağlı fikirlərini bölüşüb.
AŞPA həmməruzəçilərini həmçinin Milli Məclisin sədri Oqtay Əsədov da qəbul edib.
Görüş zamanı parlament sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanın qanunvericilik orqanı təşkilatın qurumları ilə sıx əlaqə saxlayır və gələcəkdə də faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.
O. Əsədov qeyd edib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə qurumun məqsədlərinin təşviqində, gündəlik aktual məsələlərin həllində səylərini əsirgəməyib: "Biz təşkilat qarşısında götürdüyümüz öhdəliklərə həmişə böyük məsuliyyətlə yanaşmışıq, qurumun konvensiyalarının əhəmiyyətli bir hissəsini imzalayaraq ratifikasiya etmişik. Bu sahədə işlər məqsədyönlü şəkildə davam etdirilməkdədir”.
Söhbət zamanı spiker AŞPA-nın təcrübəli deputatlarından sayılan T. İvinskinin ölkəmiz üzrə həmməruzəçi təyin olunmasını müsbət dəyərləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan tərəfi AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə onları maraqlandıran istənilən məsələləri müzakirə etməyə hazırdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi P. Aqramunt ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, həmməruzəçi kimi o, yeni hesabat üzərində işi davam etdirir. Qonağın təmsil etdiyi qurum müstəqil Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir və gələcəkdə də bu fəaliyyəti davam etdirmək niyyətindədir.
P. Aqramuntla T. İvinski bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə də görüşüblər.
Görüşdə P. Aqramunt AŞPA Monitorinq Komitəsinin nümayəndə heyətini təqdim edib. Bildirib ki, bu ilin iyun ayında özünün həmməruzəçilik müddəti başa çatır. Sonra T. İvinski Milli Məclisin komitə sədrlərinə çatdırmaq istədikləri fikirləri bölüşüb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, insan hüquqlarına dair qanunverici bazanın zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açılıb.
Ə. Hüseynli və R. Aslanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm