ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
11:56 20.02.2015
Arxiv
586
“Prezidentlər həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin məqsədi yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağırmaq olub”. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlə bağlı verdikləri birgə bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) fevralın 16-19-da regiona səfər ediblər. Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib: "Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Həmsədrlərlə görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyiblər. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”.
Vasitəçilər prezident və xarici işlər nazirləri ilə münaqişənin həlli istiqamətində növbəti addımları, o cümlədən hər iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələlərini müzakirə etdiklərini söyləyiblər: "Regiona səfər çərçivəsində həmsədrlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüşüblər. Onlar prezidentlərin ötən ilin oktyabrında Paris sammitində itkin düşmüş şəxslərlə bağlı BQXC-nin himayəsi ilə informasiya mübadiləsi aparılması barədə əldə etdikləri razılaşmanın vacibliyini qeyd ediblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm