“Trampdan sonra da ABŞ-ın son 50-60 ildə olduğu kimi konstruktiv rol oynayacağını gözləmək çətindir. Avropalılar üçün vəziyyət çox çətindir, onların taleləri yenidən öz əllərindədir”
Avropanın gələcəyi nikbin görünmür
21:24 06.02.2018
Arxiv
868
Qanunvericilər və analitiklər tez-tez Avropanın inteqrasiya layihəsini yıxılmamaq üçün irəli getməli olan velosipedə bənzədirlər
“Trampdan sonra da ABŞ-ın son 50-60 ildə olduğu kimi konstruktiv rol oynayacağını gözləmək çətindir. Avropalılar üçün vəziyyət çox çətindir, onların taleləri yenidən öz əllərindədir”
“Trampdan sonra da ABŞ-ın son 50-60 ildə olduğu kimi konstruktiv rol oynayacağını gözləmək çətindir. Avropalılar üçün vəziyyət çox çətindir, onların taleləri yenidən öz əllərindədir”
28 üzvü olan Avropa İttifaqı bir sıra təyiqlərlə üzləşir. Bu təzyiqlərə yavaş iqtisadi artım, davamlı olaraq yüksək qalan işsizlik səviyyəsi, artan populizm, miqrant axını, terror təhlükəsi və dirçələn Rusiya daxildir. Bu problemlər fonunda Avropa İttifaqının gələcək quruluşu və xarakteri sual edilir.
Avropalı qanunvericilər və analitiklər tez-tez Avropanın inteqrasiya layihəsini yıxılmamaq üçün irəli getməli olan velosipedə bənzədirlər. Bir çox ekspert Avropa İttifaqının bu velosipedi sürməyə davam edəcəyini iddia etsə də, digərləri Avropanın velosipedinin getdikcə daha çox səndələməsindən narahatdır.
Britaniyanın İttifaqdan ayrılmaq qərarı, Polşa və Macarıstanın milli suverenliyi bərpa etmək cəhdləri, Almaniya kansleri Angela Merkelin mühafizəkar partiyasının 1945-ci ildən bəri ən aşağı seçki göstəriciləri və onun ölkəsində ultra-sağçıların canlanmasına səbəb milli suverenliyin Brüsselə ötürüldüyünə dair narahatlıqlardır.
Obama administrasiyasının Avropa üzrə eksperti Çarls Kupçan:
"Biz bildiyimiz Avropanın sonuna və bağlı sərhədləri olan fərdi suveren ölkələrdən ibarət Avropanın geri dönüşünəmi şahid oluruq?”
Gedminin sözlərinə görə, illərdir avropalıları sülh və firavanlıqla təmin edən Avropa İttfaqının təməl siyasi və iqtisadi əməkdaşlıq anlayışı artıq yavaş-yavaş yoxa çıxır.
"İnternetdə bir çox məsələ müzakirə olunur. Bunların sırasına qloballaşma, texnologiya sahəsindəki inkişaflar, terror, revanşist Rusiya, Amerikanın hərbi ixtisarları daxildir,” deyə o bildirir.
Hakim elita adi insanların problemlərini həll etməyi ya bacarmır ya da bunu etməyə həvəssizdir.
"Artıq orta sinif xəyalını yaşamadıqlarını düşünən insanlar narazılıqlarını ifadə edir,” Kupçan deyir.
"Avropanın həmin insanlara hələ də münaib görsənməsi üçün, İttifaq həmin insanların narahatlıqlarını həll etməlidir,” deyə Cons Hopkins Universitetindən Stefen Szabo bildirir.
Avropa İttifaqı daxilində sosial və siyasi çevrilişin qabarmasına səbəb əksəriyyətinin müsəlmanların təşkil etdiyi yeni miqrant və qaçqın axını olub.
Gedmin deyir ki, bu, bir çox avropalı arasında elə bir düşüncə yaradıb ki, sanki onlar öz ölkələrində azlığa çevrilib. Bu, millətçilik, kimlik, sosial həmrəylik, təhlükəsizlik və digər ölkərlə münasibətlər ilə maraqlanan insanlar üçün tətikdir,” Gedmin deyir.
Avropa İttifaqının inkişafına əsasən Almaniya, Fransa və Britaniya başçılıq edib. Avropa valyutası olan avronun yaranmasında Fransa və Almaniya rəhbərliyi mühüm rol oynayıb. Fransa və Birləşmiş Krallıq Aİ-nın ortaq xarici və təhlükəsizlik siyasətinin təşkilində böyük rol oynayıb.
İkinci Dünya Müharibəsindən sonrakı dövrün Avropası ABŞ-ın möhkəm dəstəyinə malik idi. Amma Szabo deyir ki, artıq zəmanə dəyişir.
Transatlantika tərəfdaşları arasında yük və öhdəlikləri bölüşmək məsələsi daha çox Tramp adminstrasiyası zamanı gündəmə gəlib.
"Trampdan sonra da ABŞ-ın son 50-60 ildə olduğu kimi konstruktiv rol oynayacağını gözləmək çətindir. Avropalılar üçün vəziyyət çox çətindir, onların taleləri yenidən öz əllərindədir,” deyə Szabo bildirir.
Bir çox təhlilçi deyir ki, Avropa qasırğadan qaçmaq əvəzinə onunla üzləşməyi öyrənməlidir.(amerikanın səsi)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm