Avstriya polisinin tərkibində süvari birləşmələr yaradılacaq
14:51 18.02.2018
Arxiv
777
Gələn ilin ortalarınadək Avstriya polisinin tərkibində süvari birləşmələr yaradılacaq. Bu barədə məlumatı Avstriyanın yeni hökumətində daxili işlər naziri vəzifəsini tutan Herbert Kikl təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bir sıra Avropa ölkələrinin nümunəsi əsasında Daxili İşlər Nazirliyi süvari polislərdən kütləvi tədbirlərdə, şəhər parklarında və avtomobil hərəkətinin qadağan olunduğu mərkəzi küçələrdə istifadə etmək niyyətindədir. 120 ildən artıq uğurla fəaliyyət göstərən Münxen süvari polisinin fəaliyyəti ilə yaxından tanış olan H.Kikl ilk mərhələdə 12 süvaridən ibarət dəstədə atların sayının qısa zamanda iki dəfə artırılacağını bildirib. Süvari dəstə ilk olaraq Vyana şəhərində yaradılacaq və sınaq müddəti uğurla başa çatdıqdan sonra ölkənin digər böyük şəhərlərində də bu cür birləşmələrin yaradılması gözlənilir. Nazir süvari polislərin kütləvi tədbirlərdə, xüsusilə nümayişlərdə və futbol stadionları ətrafında asayişin qorunmasında ənənəvi polisə yaxından dəstək göstərəcəyi qənaətindədir.
Heyvanların müdafiə cəmiyyətləri, Vyana şəhəri İçəri Şəhər rayonunun icra hakimiyyəti və polis həmkarlar təşkilatı daxili işlər nazirinin planlarını ciddi tənqid ediblər. Heyvanların müdafiə təşkilatları kütləvi tədbirlərin atlar üçün stress yaratmasını və ekstremal vəziyyətlərdə nəzarətdən çıxan atların insanlara verə biləcəyi zərəri əsas gətirərək, müasir texnoloji imkanların inkişaf etdiyi dövrdə ictimai asayişin qorunmasında atlardan istifadəni geriyə doğru addım və heyvanlara işgəncə kimi qiymətləndiriblər. Şəhərin mərkəzi rayonunun icra qurumundan isə bildiriblər ki, hər il Vyanada karetaların hərəkət marşrutu üzrə yolların bərpasına 750 min avro vəsait xərclənir. Şəhər daxilində turistik marşrutlardan kənar yollarda atların hərəkəti yolların bərpasına daha çox vəsaitin cəlb olunmasını tələb edəcək. Polis həmkarlar təşkilatından isə büdcə vəsaitinin kimlərinsə şəxsi xobbisinə xərclənməsinin yolverilməz olduğunu əsas gətirərək, büdcə vəsaitlərinin polisin texniki təchizatı, əməkdaşların sayının artırılması və oların sosial təminatı kimi mühüm istiqamətlərə yönəldilməli olduğunu bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya
Gündə cəmi iki ədəd yeyənlərin damarları təmizlənir
09:31 26.07.2026
Sağlamlıq