Türkiyədə hesab edirlər ki, bu, qəzaları 50 faiz azalda bilər
Avtobuslara təyyarədəki kimi “qara qutu” qoyulacaq
08:00 07.02.2018
Arxiv
829
Azərbaycanda isə hələ bu üsula ehtiyac görmürlər, müşahidə kameraları bəs edir
Türkiyədə hesab edirlər ki, bu, qəzaları 50 faiz azalda bilər
Türkiyədə hesab edirlər ki, bu, qəzaları 50 faiz azalda bilər
Türkiyədə sərnişin avtobuslarına "qara qutu” yerləşdiriləcək. "Hürriyyət” xəbər verir ki, 2017-ci ildən etibarən Türkiyədə sərnişin avtobuslarında müşahidə kameralarının olması məcburidir, indi isə əlavə olaraq təyyarələrdəki kimi "qara qutular”ın da qoyulması tələb ediləcək.
"Qara qutu” sisteminə keçidə səbəb kimi, son zamanlar avtobusların iştirakı ilə törədilən qəzaların sayının artmasıdır. Bəzən elə dəhşətli avtobus qəzaları baş verir ki, sərnişinlərdən heç kim sağ qalmır. Bu halda qəzanın nədən baş verdiyini müəyyənləşdirmək də mümkün olmur. Hesab edilir ki, avtobuslarda "qara qutu”lar olarsa, qəzaların səbəbləri bilinər.
Müəyyən olunar ki, qəza yol infrastrukturundakı çatışmazlıq, yaxud sürücünün günahı, yoxsa avtobusun nasazlığı ucbatından baş verib. "Qara qutu”ların əyləc sistemi, yanacaq, əl əyləci, sürət, mühərrik parametrlərini qeydə alacağı bildirilir. İctimai nəqliyyat sektorunda hesab edirlər ki, "qara qutular”ın qoyulması qəzaları 50 faiz azalda bilər.
Oxşar hal bizdə də tətbiq edilə bilərmi?
Məsələyə münasibət bildirən nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda Bakıda əksər sərnişin avtobuslarında müşahidə kameraları quraşdırılıb. Müşahidə kameralarının önəmi çox böyükdür. Hiss olunur ki, avtobus sürücüləri kameralara görə daha məsuliyyətli davranır. Hərəkətlərinə, davranışlarına diqqət edirlər:
- Sürücü məsuliyyətinin artırılmasında texniki vasitələrin əhəmiyyəti böyükdür. Müşahidə kameralarının quraşdırılması ilə biz bunun şahidi oluruq. Sürücü kamera qarşısında özünü daha da intizamlı aparır. Amma sərnişin avtobuslarına əlavə olaraq "qara qutu”ların da quraşdırılmasına şəxsən elə bir zərurət görmürəm. Zatən, şəhərdaxili yollarda kifayət qədər müşahidə kameraları var və onlar qəzaları qeydə alır. "Qara qutu”lu avtobuslar olsa-olsa, uzaq məsafələrə hərəkət edən və yaxud da şəhərlərarası avtobuslarda quraşdırıla bilər. Ya da beynəlxalq marşrutlarda.
Deyək ki, Azərbaycandan kənarda bir qəza baş verərsə və qəzanın səbəbkarının müəyyənləşməsində problem ortaya çıxarsa, bu zaman əgər avtobusda "qara qutu” qoyulmuş olarsa, onun vasitəsilə, bəli, qəzanın əsl səbəbi bilinər. Lakin şəhərdaxili avtobuslarda müşahidə kameraları olduğu bir vaxtda, "qara qutu” tipli texniki vasitələrə ehtiyac yoxdur. Məncə, bu, artıqdır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm