
Az qaldı...
21:12 02.03.2015
Arxiv
891
Yaxın günlərdə ictimai nəqliyyatda kart sisteminə keçilir

2015 Avropa Olimpiya Oyunlarına hazırlıq prosesi özünü hər sahədə göstərir. Artıq ictimai nəqliyyatda da bir çox yeniliklər özünü göstərməkdədir. Yeni avtobusların gətirilməsilə yanaşı, nağd ödənişin gələn ilə qədər kartla əvəz olunması planlaşdırılır. Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənovun sözlərinə görə, mart ayının sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq. Ekspertlər isə bu yeniliyin, ilk öncə, avtobus sürücülərinin yol verdikləri qayda pozuntularının sayının azalmasına səbəb olacağını düşünür. Belə olan təqdirdə avtobus qəzalarının qarşısı alınmış olacaq.
İctimai nəqliyyatda kart sisteminə keçid məsələsinin artıq bir neçə illərdir prioritet məsələ olduğunu deyən ekspert Azər Allahverənovun sözlərinə görə, artıq bizə qonşu olan bir neçə dövlətdə bu sistem tətbiq olunur. Gürcüstan modelinə nəzər salsaq, bu modelin çox effektiv olduğu bəlli məsələdir.
Azərbaycanda kart sisteminə keçidin ləngimə səbəblərinə gəldikdə isə ekspert bunun bir sıra obyektiv və subyektiv səbəbləri olduğunu deyib: "Təbii ki, gec, ya tez, bu sistem özünü doğruldacaq. Hökumət bu məsələ ilə bağlı çox ciddi siyasət həyata keçirir. Yaxın zamanlarda ictimai nəqliyyatda kart sisteminə keçid prosesinin yekunlaşacağı gözləniləndir. Amma təxmin edirəm ki, yenə də ictimai nəqliyyatda kart sistemi ilə paralel olaraq nağd ödəniş də qüvvədə qalacaq”.
İstənilən halda kart sisteminə keçidin zamanın tələbi olduğunu vurğulayan ekspertin sözlərinə görə, reallaşacağı təqdirdə, bu sistemin kifayət qədər müsbət tərəfləri var. A.Allahverənovun sözlərinə görə, artıq bir-birinin qarşısını kəsmək, ötmə halları olmayacaq: "Hər halda, 20 qəpik dalınca qaçmayan sürücünün fikrinin yolunda olması sərnişinlərin də təhlükəsiz şəraitdə mənzil başına çatması deməkdir. Elə bu da ictimai nəqliyyatdan istifadə edən hər bir vətəndaşın istəyidir. Onun sözlərinə görə, kart sisteminə keçidin bir çox faydaları var. Əvvəla, nəqliyyatın dövriyyəsinə büdcə nəzarəti mümkün olacaq. Büdcədən kənar dövr edən yüz milyonlarla vəsait vergiyə cəlb ediləcək. İkincisi də, şəhər nəqliyyatında təhlükəsizlik səviyyəsi yüksələcək, avtobus sürücülərinin "yarışı” aradan qaldırılacaq və sükan xüsusi təlim keçmiş və rəsmi işə götürülmüş peşəkarlara tapşırılacaq. Kart sisteminə keçidin ən uğurlu tərəfi də sürücülərin aylıq maaş sisteminə keçməsi olacaq. Bu zaman sürücülər yol hərəkəti qaydalarına əməl edəcək, sərnişinlərlə mübahisə etməyəcəklər. Hər bir sürücü onlar üçün ayrılmış marşrut xətti üzrə, onlar üçün ayrılan vaxt çərçivəsində insanları təhlükəsiz şəkildə təyinat ünvanına çatdıracaqlar”.
Lakin ekspertin sözlərinə görə, Bakıda kart sistemini tətbiq etmək çox çətin olacaq. Çünki bunun gözə görünməyən bir çox problemləri var ki, həll edilməlidir: "Bu səbəblərdən də biri ictimai nəqliyyat sahəsində fəaliyyət göstərən ayrı-ayrı şirkətlərin maraqlarıdır. Odur ki, kart sisteminə keçid mərhələsində aidiyyəti qurum bu məsələni çox ciddi nəzarətdə saxlamalıdır. Onu da deyim ki, sürücülərin aylıq məvacib sisteminə keçmə məsələsi də kart sisteminə keçidlə paralel olaraq aparılmalıdır. Əks təqdirdə, yollarda özbaşınalıq davam edəcək və kart sisteminə keçid özünü doğrultmayacaq”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm