"Əlbəttə, Azərbaycan da Rusiya üçün kifayət qədər mühüm iqtisadi strateji tərəfdaşa çevrilməkdədir. Azərbaycanın yaratdığı infrastruktur və regionda tutduğu mövqe Rusiyanın iqtisadi potensiallarını reallaşdırmaq baxımından mühüm imkandır. Rusiyanın İran və Türkiyə ilə, o cümlədən Avropa və Şərq aləmi ilə əlaqələrində Azərbaycan mühüm yerə malikdir. Rəsmi Bakının fərqli ölkələrlə olan normal münasibətləri Moskva üçün maraqlıdır”.
"Azərbaycan da Rusiya üçün iqtisadi strateji tərəfdaşa çevrilməkdədir" - Deputat
09:09 03.09.2018
Arxiv
912
"Rusiya Azərbaycan üçün böyük bazardır. Ölkəmizin kənd təsərrüfatı məhsulları ixracının 90 faizi, qeyri-neft iqtisadiyyatı ixracının isə təxminən 35 faizi Rusiya bazarlarının payına düşür”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafından danışan deputat bəyan edib ki, Rusiya dünya iqtisadiyyatında mühüm yerə sahibdir. Belə nəhəng bir dövlətlə qonşu olmaq Azərbaycana şimal qonşumuzun iqtisadi potensialdan yararlanmaq üstünlüyü verir:
"Əlbəttə, Azərbaycan da Rusiya üçün kifayət qədər mühüm iqtisadi strateji tərəfdaşa çevrilməkdədir. Azərbaycanın yaratdığı infrastruktur və regionda tutduğu mövqe Rusiyanın iqtisadi potensiallarını reallaşdırmaq baxımından mühüm imkandır. Rusiyanın İran və Türkiyə ilə, o cümlədən Avropa və Şərq aləmi ilə əlaqələrində Azərbaycan mühüm yerə malikdir. Rəsmi Bakının fərqli ölkələrlə olan normal münasibətləri Moskva üçün maraqlıdır”.T.Mirkişili bildirib ki, Azərbaycan Xəzər dənizindəki hidrogen resurslarını Avropa bazarlarına çıxaran yeganə ölkədir:
"Dövlətimiz "Şərq-Qərb” dəmiryolu ilə yüklərin daşınmasında, həmçinin, "Şimal-Cənub” layihəsində önəmli statusa malikdir. Ümumilikdə Rusiya-Azərbaycan iqtisadi münasibətləri qarşılıqlı maraqlara əsaslanır, hər iki tərəf üçün kifayət qədər faydalıdır. Onu da nəzərə alaq ki, Rusiyada xeyli azərbaycanlı yaşayır”.
Millət vəkili vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri iqtisadi əməkdaşlıqla yanaşı, daha çox inteqrasiya olunmuş mədəni və siyasi əlaqələrlə də ölçülür:
"Mədəni və siyasi əlaqələri iqtisadi potensiala çevirərək reallaşdırmaq hər iki dövlət üçün zəruridir. Bu istiqamətdə imzalanan müqavilələrin hərtərəfli olması məhz buna dəlalət edir”.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Görüşdə bir sıra sahələr üzrə fikir mübadiləsi aparılıb və mühüm razılıqlar əldə edilib. Tərəflər arasındakı anlaşmalardan biri də Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında imzalanan iqtisadi əməkdaşlıq sazişidir. Ölkələrin iqtisadi əlaqələrinin daha da inkişafı üçün belə bir sazişin imzalanması ekspertlər tərəfindən mühüm qiymətləndirilir.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət