“Azərbaycan Dəmir Yolları” QSC-nin yüksək vəzifəli şəxsi saxlanılıb

O, özünü FHN-nin polkovniki kimi təqdim edib

  

 Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb. Bu barədə "Report”a Nəsimi RPİ-dən məlumat verilib.
Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlövsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN-ə işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsulla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Ə.Məhərrəmov "Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən "Report”a bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-də mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.


20 noyabr 1995-ci il tarixində M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (indiki Bakı Slavyan Universiteti) tərəfindən Abdinova Səbinə Əliqulu qızına verilmiş AB-İ № 008949 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.